Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əvəzolunmaz liderimiz tezliklə işğalçı Ermənistana öz yerini göstərəcək

0





  •         Ermənistan növbəti dəfə cəbhə zonasında - qoşunların təmas xəttində təxribat hərəkətləri həyata keçirib. Tovuz istiqamətindən ərazilərimizi işğal etmək niyyəti ilə əhəmiyyətli mövqeləri ələ keçirmək üçün hücum ediblər. Lakin ordumuz bu hücumun qarşısını alaraq, işğalın qarşısını alıblar. Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı Azərbaycan ordusu cavab zərbələri endirilib. Belə bir şəraitdə Azərbaycan öz ərazilərini müdafiə etmək məcburiyyətindədir. Bununla yanaşı, əgər Azərbaycan təzyiqi artırsa, hər zaman olduğu kimi Ermənistan yenə də öz havadarlarına müraciət etmək məcburiyyətində qalacaq. Ermənilərin sahibləri isə 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də vasitəçilik missiyasını həyata keçirməyə başlayacaqlar.
            Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarının artması, siyasi nüfuzunun güclənməsi istiqamətində görülən işlərin qarşısını almaq məqsədi daşıyır. Bəllidir ki, Ermənistanın iqtisadi gücü müharibə aparmağa imkan vermir. Demək bu gərginliyin yaranmasında maraqlı olan iri dövlətlər var.
            Ancaq Azərbaycan dövləti ölkənin müdafiə imkanlarını yetərincə gücləndirdiyindən düşmənin nəyəsə nail olmaq şansı sıfıra bərabərdir. Dövlət başçısı İlham Əliyevin orduda həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyinə xələl gətirə bilməyəcək.
            Azərbaycan Ordusu xalq ordusudur və buna görə də Tovuz istiqamətində yaranan gərginliyin ardınca minlərlə vətəndaşımız silahlı qüvvələrimizə və dövlətə dəstək nümayiş etdiriblər.Biz əminik ki,  Ali Baş Komandanın düzgün liderlik fəaliyyəti nəticəsində də işğalçı Ermənistan öz yerində otuzdurulacaq.


    Şükür Bəşirov,

    Xocalı rayon sakini

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib52 dəfə
    Əvəzolunmaz liderimiz tezliklə işğalçı Ermənistana öz yerini göstərəcək

    Maraqlı gələ bilər
    55
    66
    52
    12